Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadıldı

hafiz-babali-ve-elnare-qasimovanin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2834

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə müstəntiqin vəsatətini və prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Qərara əsasən H.Babalı və E.Qasımovanın həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları-Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onlar hər biri qaçaqmalçılıqda ittiham edilirlər.