2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Hökumətinə bildiriş göndərməlidir.