Şəhid oğlu Riyaziyyat Olimpiadasında 1-ci yeri tutdu - Fotolar

sehid-oglu-riyaziyyat-olimpiadasinda-1-ci-yeri-tutdu
Oxunma sayı: 4264

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Sidneydə keçirilən beynəlxalq olimpiyadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdirib. 

Araz Şadmanov 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.

Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.