20 il sonra yenidən bir arada... - Foto

20-il-sonra-yeniden-bir-arada
Oxunma sayı: 9926

Türkiyənin məşhur serialı “Aliye”də birlikdə rol alan aktyor Halit Ergenç və aktrisa Aytən Uncuoğlu 20 ildən sonra yenidən bir araya gəliblər.

“Qafqazinfo” “TGRT Haber”ə istinadən xəbər verir ki, Uncuoğlu Ergençin baş rolunu canlandırdığı “Kral kaybederse” serialının 10-cu bölümündə tamaşaçı qarşısına çıxacaq. O, serialda “Mukadder” obrazına həyat verəcək.

Qeyd edək ki, H. Ergenç serialda “Kenan Baran” obrazını oynayır.

Xatırladaq ki, “Aliye” 2004-2006-cı illərdə yayımlanıb. A.Uncuoğlunun həyat verdiyi “İkbal” H.Ergençin canlandırdığı “Sinan”ın anası olub.