Qaradağda konfrans keçirildi - Fotolar

qaradagda-konfrans-kecirildi
Oxunma sayı: 1242

Aprelin 17-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan memarlığı mövzusunda elmi-praktik konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Kamil Məmmədov, Şura üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolu və xidmətləri olduğunu, onun müxtəlif sahələrdə əldə etdiyi yüksək nailiyyətlərdən birinin də memarlıq olduğunu qeyd edib. Belə ki, onun rəhbərliyi ilə Bakıda və respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, parklar, memarlıq abidələri meydana gəlib. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında və tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olub.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev öz çıxışında Heydər Əliyevin heykəltaraşlıq sahəsində yeniliklərin yaradılmasını, o cümlədən, özünün rəhbəri olduğu Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev abidəsinin və parkının qurulması haqqında fikirlərini bildirib.

Tədbirdə iştirak edən millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışlarında şəhərsalma və memarlıq abidələrinin Heydər Əliyevin sayəsində yüksək zövqlə tərtibatını, eyni zamanda Bakı, Naxçıvan və respublikanın digər şəhərlərində tikinti quruculuq və quraşdırma işlərində onun izinin olduğunu vurğulayıblar.

Sonda mövzuya uyğun videoçarx nümayiş olunub.