Beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq vəfat etdi - Yenilənib

besinci-mertebeden-yixilan-3-yasli-usaq-vefat-etdi
Oxunma sayı: 3368

Azyaşlı binadan yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın 5-ci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Ağır xəsarət alan uşaq Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılır.

***

Son məlumata görə, azyaşlının xəstəxanayaqədər ölümü qeydə alınıb.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:00 radələrində Suqovuşan qəsəbəsi ərazisindən hündürlükdən yıxılma səbəbilə çağırış daxil olub. 

Çağırış yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 2021-ci il təvəllüdlü (kişi cinsli) azyaşlının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı