“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə danışıb.
“İki ölkə arasında eskalasiya və müharibəni unudun”, - deyə, Paşinyan çıxışı zamanı çağırış edib.
O vurğulayıb ki, Ermənistan hökuməti bu məntiqə zidd nə bəyanatlar verəcək, nə də addımlar atacaq.