Azərbaycanın adı ən gözəl pavilyonların içində - Fotolar

azerbaycanin-adi-en-gozel-pavilyonlarin-icinde
Oxunma sayı: 3328

Məlum olduğu kimi, bir neçə gün əvvəl Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi açılıb. Sərgidə Azərbaycanla yanaşı 150-dən çox ölkə təmsil olunub.

“Qafqazinfo”nun məlumatına görə, “AD Middle East” sərgidə yer alan ən gözəl ölkə pavilyonlarının siyahısını tərtib edib.

Siyahıda Azərbaycan milli pavilyonu da yer alıb. Qeyd olunub ki, pavilyonun konsepsiyası dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb.

Bununla yanaşı, bildirilib ki, üçmərtəbəli pavilyon özündə ənənəvi incəsənət, texnologiya və müasir dizayn xüsusiyyətlərini özündə cəmləşdirib.

“Osaka, Kansai Ekspo 2025”in ən gözəl pavilyonlarının siyahısını təqdim edirik:

Azərbaycan

Özbəkistan

Bəhreyn

Çili

BƏƏ

Səudiyyə Ərəbistanı

Niderland

Portuqaliya

Qətər

Oman

Çexiya Respublikası