Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir - Fotolar

agdamda-konstitusiya-ve-suverenlik-ili-cercivesinde-tedbir
Oxunma sayı: 1472

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan və Suverenliyə gedən yol” mövzusunda tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, Aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər iştirakçılar çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs ediblər.