Hakan Fidan onunla qəza haqda danışdı

hakan-fidan-onunla-qeza-haqda-danisdi
Oxunma sayı: 3477

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, gürcüstanlı nazir Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğramasına görə həmkarına başsağlığı verib.

Onlar axtarış-xilasetmə əməliyyatları ilə bağlı müzakirə aparıblar.