Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirli məlumat yayıb.
Bildirilib ki, görüş yanvarın 6-da Parisdə keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyasının Liderlər Sammiti çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər Ukraynadakı vəziyyətlə yanaşı, Suriya ilə İsrail arasında Parisdə keçirilən təhlükəsizlik danışıqlarını və regional sabitliyin qorunması məsələlərini müzakirə ediblər. Hakan Fidan Türkiyənin regionda sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirəcəyini və tərəflər arasında vasitəçilik roluna sadiq olduğunu vurğulayıb.
Xatırladaq ki, Suriya nümayəndə heyəti Parisə həm də İsrail ilə ABŞ-nin vasitəçiliyi altında keçirilən təhlükəsizlik danışıqlarında iştirak etmək üçün gəlib.
Son xəbərlər
Son Xəbərlər