Hakan Şükür Arif Erdemin yerini açıqladı

hakan-sukur-arif-erdemin-yerini-aciqladi
Oxunma sayı: 11566

FETÖ terror təşkilatına üzv olmaqda təqsirli bilindiyi üçün Türkiyədən qaçan Arif Erdemin yeri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, onun harada olduğu eyni səbəblə ABŞ-a sığınan Hakan Şükürün sosial şəbəkədə etdiyi paylaşımdan sonra bəlli olub.

Belə ki, "Qalatasaray"ın sabiq futbolçusu tvitterdə "Qalatasaray"-"Başakşehir" matçını Arif Erdemlə birgə izlədik" yazıb. O, Ariflə yutub kanalı vasitəsiylə oyunu şərh edəcəklərini bildirsə də, keçmiş komanda yoldaşı yayıma qatılmayıb.