Türkiyəli müğənni, arabesk musiqisində güclü səs hesab olunan Hakan Taşıyan infarkt keçirib.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, 52 yaşlı sənətçi Ankarada xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan H.Taşıyanın vəziyyətini öyrəndikdən sonra ona bütün lazımi dəstəyin göstərilməsi tapşırığını verib.
Hazırda vəziyyəti ağır olan müğənniyə həkimlər anju edib-etməməyə tərəddüd edirlər. Buna səbəb sənətçinin illər əvvəl böyrək və qaraciyər nəqli əməliyyatı keçirməsidir.
Qeyd edək ki, Taşıyan bir neçə ay əvvəl Ərdoğan səfərdən qayıdarkən onu Esenboğa Hava Limanında qarşılayanlar arasında olub. Həmin vaxt onlar söhbətləşiblər.

Son xəbərlər
Son Xəbərlər