“Bir gündə 5 milyard TL-nin “Ahbap” hesabından Yeliz Kayanın hesabına keçdiyini dediniz. Bunun ödəniş sənədi var?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən ay həbs olunan Haluk Levent instaqram hesabında paylaşıb.
Leventin sözlərinə görə, “Ahbap”dan milyardlarla lirənin çıxarılaraq şəxsi hesablara köçürüldüyü barədə yayılan iddialar doğru deyil.
Sənətçi iddia edib ki, iyulun 10-da “Ahbap”ın bank hesabına 140 milyon TL daxil olub. Həmin vaxt qızılın qiyməti düşüb və əlavə 6 milyon TL ilə qızıl alınıb.
Haluk Levent Akın Gürlekin Yeliz Kayanın hesabına bir gündə 1-5 milyard arası TL köçürülməsi ilə bağlı açıqlamasına da toxunub.
O bu iddianı təsdiqləyən bank sənədinin açıqlanmasını istəyib və jurnalistlərdən də Gürlekə bu sualı verməsini tələb edib.
Levent “Ahbap”a qarşı əməliyyatın arxasında siyasi və iqtisadi səbəblərin ola biləcəyini iddia edib. O, gələcəkdə məsələ ilə bağlı yeni məlumatların ortaya çıxacağını bildirib.
Son xəbərlər
Son Xəbərlər