Hamı ondan danışır... - Ərbakan kimdir?

hami-ondan-danisir
Oxunma sayı: 18099

Martın 31-i Türkiyədə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə Yenidən Rifah Partiyası (YRP) topladığı səslərin nisbəti ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, 6 faizdən çox səs toplayan YRP seçkilərdə ən çox səs yığan üçüncü partiya olub.

Partiya 2 vilayət, o cümlədən 1 böyük şəhər, eləcə də 69 rayon və qəsəbə bələdiyyələrində qələbə qazanıb. Elə əyalətlər var ki, YRP qalib gəlməsə də, seçkinin nəticələrinə birbaşa təsir edib.

Bu məqamda bütün diqqət partiyanın lideri Fatih Ərbakana yönlənib. Bəs Ərbakan kimdir?

45 yaşlı Muhammed Ali Fatih Ərbakan Türkiyə Cümhuriyyətinin 23-cü baş naziri, Rifah Partiyasının lideri Nəcməddin Ərbakanın oğludur. O, Türkiyə Böyük Millət Məclisinin 28-ci dövr İstanbul millət vəkilidir, həmçinin Ərbakan Vəqfinin Qəyyumlar Şurasının sədri vəzifəsini də icra edir.

Rifah Partiyasının davamı olaraq 2018-ci ildə qurulan və ifrat sağ siyasi baxışa malik YRP hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) səslərinin parçalanmasında mühüm rol oynayıb.