Üçüncü övladını gözlədiyini açıqlayan məşhur aktrisa Enn Heteueyle bağlı yeni iddia gündəmə gəlib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, aktrisa “The End of Oak Street” filminin premyerasına qatılıb.
Məlumata görə, o, premyerada geyimi ilə diqqət çəkib.
Sosial şəbəkə istifadəçilərindən bəziləri isə onun hamiləliyinin saxta olduğu ilə bağlı fikirlər səsləndirib. Aktrisa iddialara cavab olaraq gecədən çəkilən videosunu paylaşaraq saçlarının saxta olduğunu, lakin hamiləliyinin gerçək olduğunu bildirib.
Həmçinin bəzi istifadəçilər aktrisanın geyimini də tənqid ediblər. Onlar bu geyimin hamilə qadın üçün uyğun olmadığını bildiriblər.
Qeyd edək ki, Enn Heteuyi aktyor Adam Şulmanla evlidir. Cütlüyün iki övladı var.
Son xəbərlər
Son Xəbərlər