Hamiləlik iddialarına cavab vermədi, konsertlərini ləğv etdi

hamilelik-iddialarina-cavab-vermedi-konsertlerini-legv-etdi
Oxunma sayı: 810

Dördaylıq hamilə olduğu iddia edilən türkiyəli müğənni Ece Seçkin səhnə fəaliyyətinə bir müddət ara vermək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin komandasına aid olan sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, sənətçi hamiləlik iddialarını təsdiqləməsə də, konsertlərini ardıcıl olaraq ləğv edib. Açıqlamada müğənninin hər hansı səhhət probleminin olmadığı xüsusi olaraq vurğulanıb.

Həmçinin Ece Seçkin də komandasının açıqlamasını şəxsi sosial media hesabında paylaşaraq qərarla bağlı fikirlərini bölüşüb:

“İzləyicilərimin hər konsertimdə əvvəlkindən daha böyük şou izləməyə layiq olduğuna inanıram. Bu səbəbdən tam gücümü verə bilməyəcəyimi düşündüyüm açıq hava konsertlərinə bu il ara veririk. Daha templi, daha güclü və rəqslə dolu çıxışlarımızda görüşənədək”.

Qeyd edək ki, tanınmış müğənni 2021-ci ildə pilot Çağrı Terlemezlə ailə həyatı qurub.