Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

hande-ercel-cennifer-lopezle-bir-arada
Oxunma sayı: 1764

Türkiyəli məşhur aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən nüfuzlu moda tədbirində iştirak edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa tədbiri ön sıradan izləyib. O, tül və korset detallı ağ libası ilə diqqət çəkib.

Tədbirdən sonra Hande Erçel dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopezlə bir araya gəlib. Onlar birlikdə şəkil çəkdiriblər.