Hande Erçel reklam qiymətini artırdı

hande-ercel-reklam-qiymetini-artirdi
Oxunma sayı: 5819

Türkiyənin məşhur aktrisası Hande Erçel reklam qiymətlərini artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, aktrisa bundan sonra instaqram səhifəsində hər hekayə və postuna görə 500 min lirə, reklam müqavilələri üçün isə 15-18 milyon lirə qazanacaq.

İnstaqramda 32 milyon izləyicisi olan sənətçinin indiyə kimi hər paylaşıma görə isə 250 min lirə qazandığı deyilir.

H. Erçelin qiymət artımı yaxın günlərdə Paris moda həftəsində iştirak etməsi ilə əlaqələndirilib.