Zəlzələdə dağılan binanın podratçısı Türkiyədən qaçarkən saxlanıldı - Video

zelzelede-dagilan-binanin-podratcisi-turkiyeden-qacarken-saxlanildi
Oxunma sayı: 9360

Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı xaricə qaçmaq istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, podratçı Mehmet Yaşar Coşqun İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb.

Üzərində götürdüyü xeyli pul ilə ələ keçirilən şübhəli Coşkun İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.

Şübhəlinin istintaqı davam etdirilir.