“Hatayspor”un idman direktorunun cəsədi dağıntılar altından çıxarıldı

hataysporun-idman-direktorunun-cesedi-dagintilar-altindan-cixarildi
Oxunma sayı: 1704

Türkiyənin “Hatayspor” klubunun idman direktoru Taner Savutun ölümü təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, klub rəsmisinin cəsədi bu gün dağıntıların altından tapılıb. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Taner Savut zəlzələ baş verən gün “Hatayspor”un futbolçusu Kristian Atsu ilə eyni binada olub. Qanalı yarımmüdafiəçinin cansız bədəni iki gün əvvəl dağıntıların altından tapılıb.