2026-cı il Dünya Çempionatının I qrupunda Fransa ilə İraq arasında keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, FIFA ilk hissənin sonunda stadiona yaxın ərazidə ildırım aktivliyinin müşahidə edildiyini bildirərək, “sərt hava rejimi” elan edib və qarşılaşmanı dayandırıb.
Oyunda Fransa 1:0 hesabı ilə öndə idi. Komandanın yeganə qolunu 27 yaşlı hücumçu Kilian Mbappe vurub.
Bu qol Mbappenin turnirdəki üçüncü, DÇ tarixində isə 15-ci qolu olub. Bununla da fransalı ulduz DÇ tarixinin bombardirləri sırasında lider olan Lionel Messinin 18 qolluq rekorduna yaxınlaşıb.
***
Fransa - İraq matçı iki saatlıq gecikmədən sonra davam edir.








Son xəbərlər
Son Xəbərlər