“Heç kim deyə bilməzdi ki, belə hesab olacaq” - “Olimpiakos”un baş məşqçisi

hec-kim-deye-bilmezdi-ki-bele-hesab-olacaq
Oxunma sayı: 8480

“Oyunla bağlı müəyyən planlarımız var idi. Onu 70-ci dəqiqəyə qədər həyata keçirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan danışıb:

““Qarabağ” hesabı açdıqdan sonra planlarımız pozuldu. Ondan sonra hər şey dəyişdi. Ardınca fərdi səhvlərimiz oldu. Bundan sonra isə hər şey itirilmişdi. 70-ci dəqiqəyə qədər heç kim deyə bilməzdi ki, belə hesab olacaq”.