Həftənin ilk “Açıq mikrofon”u Salmanbəyli kəndində - Fotolar

heftenin-ilk-aciq-mikrofonu-salmanbeyli-kendinde
Oxunma sayı: 938

Həftənin ilk "Səyyar qəbul otağı" Ağcabədi rayonunun Salmanbəyli kəndində qurulub.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən 9 müraciət səsləndirilib.

Şöhrət Orucov və Qənimət Orucov fərdi tənzimləyicinin işləməməsi, Rafiq Məmmədov mənzilində istismarda olan qaz sayğacında sızmanın olması, Heydər Məmmədov isə kənd məscidinə güzəştli limitin verilməsinə köməklik olunması ilə bağlı müraciətlər ünvanlayıblar.

Görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması barədə səsləndirilən müraciətlərin sayı isə 5 olub. "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciətlər dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.