Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, onun uçqun altında qalaraq həlak olduğu bildirilir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü hərbçimiz əslən Zaqatala rayonundan olub. Ailəli olan Yunis Abbasovun üç övladı yadigar qalıb.