“Həmin videoya görə üzr istəmək niyyətində deyiləm”

hemin-videoya-gore-uzr-istemek-niyyetinde-deyilem
Oxunma sayı: 1062

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp rəsmi “Truth Social” hesabında sabiq Prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun kimi təsvir edildiyi qalmaqallı videonu paylaşandan 12 saat sonra silib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu paylaşım barədə danışan Tramp onu tam izləmədiyini deyib. 

“Videonu tam izləməmişəm. Əvvəlinə baxdım. Hər şey qaydasında idi”, - o bildirib.

Tramp videoda yer alan irqçi məqamları pislədiyini söyləyib, bununla belə, videoya görə üzr istəmək niyyətində olmadığını qeyd edib. 

Xatırladaq ki, ötən paylaşılan 62 saniyəlik videoda 2020-ci il seçkilərində saxtakarlıq iddiaları irəli sürülüb. Videonun sonunda Obamalar ailəsinin süni intellektlə hazırlanmış görüntüləri meymun bədəninə montaj edilərək “The Lion Sleeps Tonight” mahnısının müşayiəti ilə təqdim olunmuşdu. Bu görüntülər həm Demokratlar, həm də bəzi Respublikaçı senatorlar tərəfindən kəskin irqçilik nümunəsi kimi qiymətləndirilib.