“Hər rəqibə qarşı oynaya bilərik” - “Qarabağ”ın futbolçusu

her-reqibe-qarsi-oynaya-bilerik
Oxunma sayı: 1616

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Avropa Liqası qrup mərhələsinin “Hekken”lə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” monteneqrolu yarımmüdafiəçinin fikirlərini diqqətə çatdırır:

- Bilirsiniz ki, sabah bizi çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək.

- “Molde” ilə Norveçdəki matçda hava çox soyuq idi. Sabah da Bakıda Skandinaviya havası olacağı gözlənilir. Bu, “Qarabağ”ın futbolçularına nə dərəcədə təsir edəcək? Düşünmürsən ki, bu hava “Hekken”ə üstünlük qazandıracaq?

- Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir.

- Avropa Liqasının pley-off mərhələsində potensial namizədlər az-çox bilinir. Hansı rəqiblə qarşılaşmaq istəməzdiniz?

- Öncə biz sabah qalib gəlməli və AL-in pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq, motivasiya keçsə, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik.

Elsevər Məmməd