“Hər yol keçənə görə maşın saxlamaq vaxt alır, 8-10 nəfər toplaşsın...”

her-yol-kecene-gore-masin-saxlamaq-vaxt-alir-8-10-nefer-toplassin
Oxunma sayı: 1125

“Şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ hələ də tam həllini tapmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

“Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişin tətbiqi əhəmiyyətli ola bilər. Yolu keçən hər bir adama görə maşının saxlanılması xeyli vaxt alır və tıxaca səbəb olur. Yaxşı olar ki, hər kəs üçün yol bağlanmasın, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra keçidə icazə verilsin. Bu həm yol mədəniyyətidir, həm də sürücülərin rahatlığı, tıxacların müəyyən qaydada aradan qaldırılması üçün vacibdir”, - deyə deputat qeyd edib.

Nuranə Daxilqızı