Hərbi əməliyyat planlarını Trampa təqdim ediblər - KİV

herbi-emeliyyat-planlarini-trampa-teqdim-edibler
Oxunma sayı: 1407

Yüksək rütbəli hərbi məmurlar Venesuelaya qarşı hərbi əməliyyat planlarını ABŞ Prezidenti Donald Trampa təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “CBS News” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

“Müharibə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli şəxslər prezidentə qarşıdakı günlər üçün Venesuellaya qarşı hərbi variantlar barədə məlumat veriblər”, - nəşr yazıb.

Məlumata görə, Trampa təqdim edilən variantlar arasında birbaşa ölkə daxilindəki hədəflərə zərbələr endirilməsi də var, lakin əməliyyatın başlanıb-başlamaması ilə bağlı yekun qərar hələ verilməyib.