Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

herbi-masin-zefer-yolunda-qezaya-ugradi
Oxunma sayı: 5497

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çanaqçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

Həmçinin oxuyun: В список арендованного жилья добавлены ещё 223 квартир

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli