Heydər Əliyev babasının məzarını ziyarət etdi - Fotolar

heyder-eliyev-babasinin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 6734

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

"Qafqazinfo" xəbər verir ki, DTX rəisi Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. 

Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında prezident İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.