Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyası Balaxanı qəsəbəsində, Böyükşor-Pirşağı şosesinin sağ kənarında yerləşən mədən ərazisində təşkil olunub.
Aksiyada YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, eləcə də, YAP Sabunçu Rayon Təşkilatının, Rayon İcra Hakimiyyətinin, Balaxanı Əməliyyat Şirkətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 400 ədəd ağac əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.


Son xəbərlər
Son Xəbərlər