Hindistan əhalisinin sayına görə Çini geridə qoydu

hindistan-ehalisinin-sayina-gore-cini-geride-qoydu
Oxunma sayı: 4098

Hindistan əhalisinin sayına görə dünya üzrə ilk pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu, BMT-nin Əhali Fondunun hesabatında qeyd edilib.

Məlumata görə, Hindistanın hazırda 1 milyard 442 milyon əhalisi var.

İkinci yeri isə 1 milyard 425 milyonla Çin tutur.

İnfoqrafikada Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirilib.

Belə ki, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkizə enib. 

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini təxmin edirlər.

Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.