Honq-Konqda yaşayış komplekslərindən birində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Məlumata görə, yanğın zamanı bir nəfər həlak olub, səkkiz sakin yaralanıb, 250-yə yaxın insan təxliyə edilib.
Təxliyə edilən sakinlərin hazırda yaxınlıqdakı məktəbdə qaldığı bildirilir. Hadisənin səbəbləri səlahiyyətli orqanlar tərəfindən araşdırırlır.
Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.
Son xəbərlər
Son Xəbərlər