Hulusi Akarın təyyarəsi təcili eniş etdi

hulusi-akarin-teyyaresi-tecili-enis-etdi
Oxunma sayı: 3239

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın təyyarəsi Adana 10-cu Tanker Bazası Komandanlığına təcili eniş edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin Qaziantepdən havaya qalxan təyyarəsinin pəncərəsi quşun çırpılması nəticəsində sınıb. Bu səbəbdən layner rotasını ən yaxın hava limanına dəyişməli olub.

Akar və komandirlərlə bağlı hər hansı narahatedici vəziyyətin olmadığı bildirilib.