Bu gün Şabran rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndindən keçən hissəsində “Hyundai Sonata” markalı minik avtomobili yük maşınına çırpılıb.
Nəticədə, minik avtomobilində olan qadın sərnişin həlak olub. Sürücü isə ağır bədən xəsarətləri alıb.
İlkin məlumata görə, qəza minik avtomobilinin ötmə əməliyyatı etdiyi zaman baş verib.
Araşdırma aparılır.
***
Bildirilib ki, hadisə vaxtı 64 yaşlı Quliyev Möhhübət Nəsib oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 69 yaşlı Namazov Namaz Fərəc oğlunun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə “Hyundai”da sərnişin olan 64 yaşlı İsmayılova Fəridə Həsən qızı aldığı xəsarətlərdən Şabran RMX-da vəfat edib. Sürücü Quliyev Möhhübət müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər