İdmanın yeni “S” versiyası yaradıldı

idmanin-yeni-s-versiyasi-yaradildi
Oxunma sayı: 653

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yarışda Xaçmaz, Beyləqan, Gəncə, Sumqayıt, Qazax, Salyan, Mingəçevir, Ağstafa və Yevlax şəhər komandalarının bu idman növü üzrə təmsilçiləri iştirak ediblər. Federasiya tərəfindən keçirilən və iki gün davam edən bu yarış yeni “S” versiyası adı altında təşkil olunub. Gənclərin yeni “S” versiyasında çıxışları böyük maraqla qarşılanıb.

Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Yevlax şəhər nümayəndəliyindən verilən məlumata görə, bu idman növündə bütün güclü zədə yarada biləcək və hətta ölüm hallarına gətirə biləcək fəndləri ləğv etməklə yeni bir versiyanın əmələ gəlməsinə nail olunub.

Yarışın ilk günü Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Yevlax şəhərindən olan idmançıların iştirakı da maraqla qarşılanıb. Yarışda Avropa Çempionatının ikincisi olan, 2-ci dan qara kəmər ustası Ceyhun Hacıyevin tələbələri də fərqlənmişlər. Belə ki, yarışın nəticəsi olaraq tələbələrdən Kənan Səfərov 40 kq cəki dərəcəsində 2-ci yerə, Nicat Bağırov 55 kq çəki dərəcəsində 2-ci yerə, Ələsgər Nəxtiyev isə 25 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Ceyhun Əhmədov