İki ölkə arasındakı viza qalmaqalının gözəl “qurban”ı... - Fotolar

iki-olke-arasindaki-viza-qalmaqalinin-gozel-qurbani
Oxunma sayı: 5430

Amerikada keçirilən “Kainat gözəli” yarışmasının ukraynalı təmsilçisi Anastasiya Subbotaya viza verilməyib. “Qafqazinfo” xəbər verir ki, 14 ildir yarışmaya qatılan Ukrayna ilk dəfə belə bir hadisə ilə qarşılaşıb.

Üç həftə sonra Corciya ştatının Atlanta şəhərində baş tutacaq müsabiqəyə gedə bilməyən Anastasiya barədə layihənin Ukrayna təşkilatçısı Anna Filimonova səfir Uilyam Taylora açıq məktub yazıb:

“Subbota viza ilə bağlı bütün sənədləri sizə təqdim edib. Amma açıqlama verilmədən viza müraciəti rədd edilib”.