İki yük maşını toqquşdu, ölənlər var - Fotolar

iki-yuk-masini-toqqusdu-olenler-var
Oxunma sayı: 3445

Şəmkir rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Asif Yusif oğlu və Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayon sakini Muxtarov Elsevər dünyasını dəyişib.

Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Foto: Elmar Əli