İkigözlü qaz sobası yanılı qaldı, boğulub öldü

ikigozlu-qaz-sobasi-yanili-qaldi-bogulub-oldu
Oxunma sayı: 2320

Dünən Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlu 26-cı məhəllədə yaşadığı evdə dəm qazından boğulub. Belə ki, o, ikigözlü qaz sobasının yanılı vəziyyətdə qalması səbəbindən zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.