Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib.
“Qafqazinfo” xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos Xalq Demokratik Respublikasının Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxıblar.
Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.








Son xəbərlər
Son Xəbərlər