İlkin Rüstəmzadə universitetə bərpa edildi

ilkin-rustemzade-universitete-berpa-edildi
Oxunma sayı: 3490

Siyasi fəal İlkin Rüstəmzadə İqtisad Universitetinə bərpa edilib.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında paylaşım edib.

“Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun", - deyə, o, qeyd edib.

Qeyd edək ki, İlkin Rüstəmzadə NİDA təşkilatının üzvüdür. O, 2013-cü ildə həbs edilib, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.