İmam Xomeyni İmdad Komitəsi Azərbaycana 45 milyon yardım edib

imam-xomeyni-imdad-komitesi-azerbaycana-45-milyon-yardim-edib
Oxunma sayı: 1866


“Qafqazinfo” xəbər verir ki, tədbirdə komitənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi çıxış edib. O deyib ki, Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərən bu təşkilat 20 il 4 ay ərzində Azərbaycana 45 milyon dollar məbləğində müxtəlif sahələrdə yardım göstərib: 

“Həmin sahələrə mədəniyyət, qaçqın və köçkün ailələrin evlə təmin edilməsi, ailə qurmaları, gənclərin cehizlə təmin olunması, səhiyyə, iş zonaların yaradılması, faizsiz kreditlər verməklə gənclərin iş qurmasına yardım və sair aiddir”.

Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov bildirib ki, Azərbaycanda humanitar təşkilatlara çoxda ehtiyac yoxdur: 

“Artıq Azərbaycan hökuməti bu işi öz üzərinə götürüb. İndi yardımlar dünyanın daha çox yardıma ehtiyac olunan ölkələrinə göndərilir. Azərbaycanda fəaliyyət göstərən 80 humanitar təşkilatdan yeganə bu qədər uzun müddət fəaliyyət göstərən məhz İmdad Komitəsidir. Elə 16 il bu proses mənim rəhbərliyim altında davam edib”.