Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, günün ikinci matçında “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gəlib.
Görüş İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.
Açılış görüşündə isə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, turun digər matçları avqustun 30-da və 31-də təşkil olunacaq.
Son xəbərlər
Son Xəbərlər