İmsak və iftarda nə qədər su içmək lazımdır?

imsak-ve-iftarda-ne-qeder-su-icmek-lazimdir
Oxunma sayı: 5900

Oruc tutulan zaman bədəndə su və mineral itkisi müşahidə edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ramazan ayında itirilən maye miqdarını mütləq şəkildə kompensasiya etmək lazımdır.

Bunun üçün imsak və iftar zamanı 2-2,5 litr (ortalama 10-12 stəkan) su içmək olduqca önəmlidir.

Suya olan ehtiyacı çay, kofe. ayran və süd kimi məhsullarla da ödəmək mümkündür.

Oruc vaxtı mayeni qəbul edərkən onun vaxt aralığına da fikir vermək lazımdır. 2.5 litr suyu iftar zamanından imsaka kimi fasilələrlə qəbul etmək həm bədənin su balansını tənzimləyəcək, həm də böyrəklərin normal işləməsinə şərait yaradacaq.