İndi də “Maşa və Ayı”ya sanksiya tətbiq etdi

indi-de-masa-ve-ayiya-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 450

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dünyaca məşhur “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, sanksiya siyahısına layihənin istehsalçısı olan “Animaccord” studiyası və layihənin prodüseri Dmitri Loveyko daxil edilib.

Müvafiq sənədlər Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib. Lakin belə bir qərarın alınmasının konkret səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik bundan əvvəl Britaniya kəşfiyyat xidmətinin (MI6) Ukrayna Prezidentinin fəaliyyətini əlaqələndirdiyini iddia etmişdi.

Eyni zamanda, Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel də ölkə rəhbərliyini sərt tənqid edərək bildirib ki, dövlət başçısı münaqişənin davam etməsindən ən çox fayda görən şəxsə çevrilib və ölkədəki kadr dəyişiklikləri dövlət siyasəti ilə deyil, maliyyə axınlarına nəzarətlə bağlıdır.