FİFA prezidenti Canni İnfantino ABŞ-nin 2026-cı il dünya çempionatına azarkeşlərin girişinə qoyduğu qadağanın aradan qaldırılmasına söz verib.
“Qafqazinfo” xəbər verir ki, “Semafor” məlumat yayıb.
İnfantino bildirib ki, o, turnirə ev sahibliyi edən ABŞ, Kanada və Meksika hökumətləri ilə viza rejimini yüngülləşdirmək üçün danışıqlar aparır.
“Biz bütün komandaların, oyunçuların və rəsmilərin gələ bilməsini təmin edəcəyik... Təbii ki, ailə üzvləri və hətta azarkeşlər də daxil olmaqla”, - İnfantino bildirib.
Bununla yanaşı, FİFA prezidenti qeyd edib ki, dünya çempionatına ev sahibliyi edən ölkələr üçün viza rejiminin ləğvindən söhbət getmir.
“Əlbəttə, vizalar həmişə lazımdır. Amma onları daha tez əldə etməyin yolları var ki, bu da adətən işləyir. Hətta vizanı almaq çətin olan ölkələrdə belə, azarkeşlərin səyahət edə bilməsini təmin etməliyik”, - İnfantino deyib.
Qeyd edək ki, daha əvvəl Ağ Ev bəyanat yayaraq ABŞ-nin Afrika və Asiyanın bəzi ölkələrinin vətəndaşlarına tam səyahət qadağası tətbiq edəcəyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər