İnkişaf edən xəstəlik səbəbindən karyerasını başa vurur

inkisaf-eden-xestelik-sebebinden-karyerasini-basa-vurur
Oxunma sayı: 3326

Məşhur Hollivud aktyoru Brüs Uillis 66 yaşında karyerasını başa vurur.

“Qafqazinfo” “The New Zealand Herald” nəşrinə istinadən xəbər verir ki, kinoulduz aktyor karyerasına inkişaf edən demensiya xəstəliyi səbəbindən son qoyacaq.

“Ulduz yaddaşsızlıqla mübarizə aparır. Son vaxtlar milyonların kumiri çəkilişləri dayandırıb, ailəsinə daha çox vaxt ayırmağa başlayıb”, - nəşr mənbələrinə istinadən yazıb.

Lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib. Martın 19-da Uillis 67-ci doğum gününü qeyd edəcək.