“İnter”dən ilk oyunda darmadağın - Video

interden-ilk-oyunda-darmadagin
Oxunma sayı: 1719

İtaliya A Seriyasında yeni mövsümün ilk turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “İnter” öz meydanında “Torino”nu qəbul edib. 

Milan klubu rəqibi üzərində böyük hesablı qələbə qazanıb - 5:0.

“San Siro” stadionunda keçirilən görüşdə ev sahiblərindən Markus Türam dubla imza atıb.

Digər qolları Alessandro Bastoni, Lautaro Martines və Bonni vurublar.