İnternetə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa çağırdı

internete-tetbiq-edilen-mehdudiyyetleri-aradan-qaldirmaga-cagirdi
Oxunma sayı: 437

“İnternetə tətbiq edilən məhdudiyyətlər mümkün qədər tez aradan qaldırılmalıdır”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla İran Prezidenti Məsud Pezeşkian çıxış edib.

Dövlət başçısı həmçinin onlayn biznesin asanlaşdırılması və kommunikasiya məhdudiyyətlərinin azaldılmasının vacibliyini qeyd edib: “Bütün bunları nəzərə alaraq, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə internet məhdudiyyətlərinin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etmişəm”.

İran Prezidenti son hadisələrlə əlaqədar saxlanılan şəxslərin işlərinə maksimum diqqətli və ədalətli baxılmasının hökumət üçün ən mühüm prioritet olduğunu vurğulayıb.

Qeyd edək ki, İranda yanvarın 8-dən tətbiq edilən ümummilli internet blokadası 11 gündür davam edir.